“Azərsığorta” ASC-nin 10 filialı ləğv edilibbackend

“Azərsığorta” ASC 10 filialını ləğv edib.

Ləğv edilən filiallara Şirvan, Lerik, Salyan, Saatlı, Nəsimi, Şabran, Qusar, Şamaxı, Qax, və İsmayıllı filialları daxildir.

Qeyd edilir ki, qərar Şirkətin İdarə Heyətinin 18 iyul 2022-ci il tarixli 23 saylı protokoluna əsasən verilib. Bununla bağlı iyulun 22-də idarə heyəti sədrinin müşaviri Murad Şirəliyevin adından filial rəhbərlərinə məktub göndərilib. Məktubda filialların ləğv edilməsinə səbəb kimi göstəricilərin aşağı olması vəğ fəaliyyətin rentabelli olmaması göstərilir.