“Azərsu”da 5 min COVİD-19 testi aparılacaq – Bir testin qiyməti…backend

“Azərsu” ASC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Eurolab” MMC olub.

“Yeni Gündəm” xəbər verir ki, “Eurolab” MMC “Azərsu” ASC-yə COVİD-19 test analizlərinin aparılması xidmətləri göstərəcək.

“Eurolab” MMC 5 000 ədəd COVİD-19 test analizi üçün “Azərsu” ASC-dən 230 min 100 manat alacaq. Bu isə o deməkdir ki, “Azərsu” ASC bir ədəd COVİD-19 test analizinə 46 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “Eurolab” MMC 25.07.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Səməd Vurğun, ev 88-də yerləşən “Eurolab”ın nizamnamə kapitalı 500 manat təşkil edir. “Eurolab”ın qanuni təmsilçisi Şahbazova Roza Qafar qızıdır.

Qeyd edək ki, Şahbazova Roza Qafar qızının qanuni təmsilçi olduğu başqa bir şirkət – “Labservis LTD” MMC-dir. Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 81, mənzil 2 ünvanında yerləşən “Labservis LTD”  Səhiyyə, Ədliyyə və Kənd Təsərrüfatı Nazirliklərinin keçirdiyi tenderlərin qalibi olaraq bu qurumlara dəyəri 1 milyon manatdan çox olan avadanlıq və materilallar satıb.Yeniavaz