“Azərsu” əməkdaşları ilə mübahisə edən qadın özünü bıçaqladı – FOTObackend

Bu gün günorta saatlarında Qax şəhərində “Azərsu” ASC-nin əməkdaşları ilə şəhər sakini arasında insident baş verib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilir ki, Qax şəhəri Nəriman Nərimanov küçəsi bina 1, blok 2, mənzil 7-də yaşayan Firəngiz Ziyəddin qızı Musayeva “Azərsu” əməkdaşları İlə arasında yaşanan mübahisə zamanı bıçaqla özünə xəsarət yetirib.

Məsələ ilə əlaqədar “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, məsələ ilə bağlı bağlı regional şöbə ilə əlaqə saxlanılacaq. Araşdırma aparılandan sonra ətraflı açıqlama veriləcək.