“AZGRANATA” MMC:Məhsulun üzərində topçunun şəkilinin olması üçün cəsarətli topçumuzun ailəsindən razılıq almışıqbackend

Hörmətli vətəndaşlar, “AZGRANATA” MMC olaraq, “Topçu” adlı yeni vodka məhsulunun istehsalını planlaşdırdığımızı sosial şəbəkə hesablarımızda paylaşmağımız bəzi vətəndaşlarımız tərəfindən xoş qarşılanmadı. Hətta sual edənlər oldu ki, görəsən “AZGRANATA” MMC bu məhsulun şüşəsinin üzərində Vüsal Şahkərəmovun şəkilinin olması üçün cəsarətli topçumuzun ailəsindən razılıq alıbmı.

“AZGRANATA” MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli “Yeni Gündəm”-ə açıqlamasında qeyd etdi ki, yaranan narahatlıq və narazılıqlara aydınlıq gətirərək son vermək üçün qeyd edirik ki, narahatlığa gərək yoxdur. Şirkətimizin rəhbərliyi Vüsal Şahkərəmovun atası Şahkərəmov İslam Hacıağa oğlu ilə danışaraq, ondan rəsmi olaraq icazə almışdır.

Belə olduğu halda bu məhsulun müəssisəmizdə istehsal edilməsinə və satışa göndərilməsinə heç bir problem və qanunauyğunsuzluq halı yoxdur.
Sonda isə qısa olaraq bildirmək istəyirik ki, “AZGRANATA” MMC olaraq fəaliyyətimiz dövründə hər zaman dövlətimizin ali qanunlarına əməl edərək, xalqımıza keyfiyyətli məhsullar təqdim etməyi özümüzə vacib borc bilmişik.
Eyni zamanda “AZGRANATA” MMC olaraq, Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadətlə döyüşən ordumuza daim mümkün olan dəstəyimizi göstərmişik.