“Azneftmaş”ın əməkdaşı qəfil vəfat etdibackend

Mingəçevirdə “Azneftmaş” zavodunun əməkdaşı vəfat edib.

“Yeni Gündəm”-in məlumatına görə, 1957-ci il təvəllüdlü Qarayev Abdulrəhman Nəsib oğlunun çalışdığı müəssisədə qəfildən halı pisləşib.  A.Qarayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İlkin məlumata görə, o, ürəktutmadan ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo