AzTU-da ulu öndərin xatirəsi anılıbbackend

Dekabrın 11-də Azərbaycan Texniki Universitetində (AzTU) xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

AzTU-dan “Yeni Gündəm”-ə verilən məlumata görə, Universitet rəhbərliyi AzTU-nun foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Ümummilli liderin xatirəsi ehtiramla anılaraq, büstünün önünə gül dəstələri düzülüb.