AzTU-da yeni təyinatbackend

Azərbaycan Texniki Universitetində (AzTU) yeni təyinat olub.

Universitetin mətbuat xidmətindən “Yeni Gündem” e verilən məlumata görə, texnika elmləri namizədi, dosent Malik Qarayev magistratura və doktorantura şöbəsinə müdir təyin olunub.

Malik Qarayev 1990-cı ildə Azərbaycan Texniki Universitetini (keçmiş​ Azərbaycan Politexnik İnstitutunu)​ fərqlənmə diplomu

​ ilə bitirib. O, yeni təyinata qədər Fövqəladə Hallar Nazirliyi​ Akademiyasının Tədris şöbəsinin rəisi vəzifəsində çalışıb. Əmək fəaliyyətini AzTU-nun “Maşınqayırma texnologiyası”​ kafedrasının dosenti vəzifəsində davam etdirib. ​ ​

Qeyd edək ki, şöbənin bundan əvvəlki müdiri Elçin Rzayev universitetdə keçirilən dekan seçkisində iştirak edərək ​ “Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı seçilib. O vaxtdan magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsi vakant olub. ​ ​