AzTU-dan şəhidlərimizlə bağlı örnək addım – VİDEObackend

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazandı. Bu Şanlı Qələbədə Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və məzunlarının da rolunun olması qürurvericidir.

44 günlük Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasında 27 nəfər şəhidlik zirvəzinə ucalıb. Dominant.az-a AzTU-dan bildirilib ki, bütün şəhidlərimizin əziz xatirəsi AzTU-da hər zaman yaşadılır və yaşadılacaq.
Vətən müharibəsində iştirak edən tələbə və məzunlar üçün AzTU-da qəbul edilmiş Kompleks Qayğı Proqramı çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir. Novruz bayramı münasibətilə universitet tərəfindən Vətən müharibəsi şəhidlərimizin ailələrinin ziyarət olunması Kompleks Qayğı Proqramının bir hissəsidir. Universitet tərəfindən Vətən müharibəsində şəhidlik zirvəzinə ucalan hər bir tələbə və məzunun xalça üzərinə həkk olunmuş portreti hazırlanıb və bayram münasibətilə onların ailələrinə təqdim olunacaq.
Allah şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!