AzTU ənənəvi tədrisə başladıbackend

Azərbaycan Texniki Universiteti (AzTU) sentyabrın 29-dan əyani tədrisə başlayıb.

“Yeni Gündəm” xəbər verir ki, tədris Operativ Qərargahın qərarlarına uyğun olaraq təşkil olunub. Dərs zamanı auditoriyalardan eyni vaxtda mövcud yerlər 70 faizindən çox olmamaqla və tələbələr arasında 1 metr məsafə saxlanılmaqla istifadə olunub.

Universitetə daxil olmaq üçün tələbələrə smart-kartlar paylanılıb. Vaksinasiyadan keçən tələbələrin COVID-19 pasportu həmin smart-kartlara inteqrasiya olunub. Tələbələr smart-kartları turniketlərə tətbiq etməklə universitetə daxil olur. Yaşı 18-dən yuxarı olan və COVID-19 pasportu olmayan tələbələrin smart-kartları bloklanıb. Yaşı 18-dən aşağı olan tələbələr üçün isə vaksinasiya məcburi olmadığından onlar üçün heç bir məhdudiyyət tətbiq olunmayıb.

Məlumat üçün bildirək ki, AzTU-da mühazirə dərsləri onlayn formada aparılacaq.