AzTU ilə Bestcomp Group şirkəti arasında əməkdaşlıq memorandumu imzalandıbackend

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bestcomp Group şirkətində işgüzar görüş keçirib.

Görüşdə Bestcomp Group-un​ Müşahidə Şurasının Sədri Rauf Həsənov şirkətin əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, şirkət biznes proseslərin avtomatlaşdırılması,​ şəbəkə həlləri, təhlükəsizlik infrastrukruturunun qurulması, kəsintisiz enerji təminatı və soyutma sistemləri, şəbəkə kabel sistemləri, biznesin davamlılığının planlaşdırılması üzrə məhsul və xidmətlər təklif edir. ​

AzTU-nun rektoru Vilayət Vəliyev elmi-innovativ əməkdaşlığın inkişaf etdirilməsində, tələbələrin təcrübə proqramlarına, biznes layihələrin hazırlanmasına cəlb olunmasında​ Bestcomp Group kimi şirkətlərin xüsusi rolu olduğunu vurğulayıb.

Şirkətlə tanışlıq zamanı qonaqlar AzTU məzunlarından ibarət işçi heyətin real iş prosesini izləyib.

Görüşdən sonra tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.