AzTU ilə TUSAŞ arasında əməkdaşlıq imkanları müzakirə olunub – FOTObackend

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Türk Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) nümayəndələri ilə görüşüb.

“Yeni Gündəm” xəbər verir ki, görüşdə universitet-sənaye işbirliyi çərçviəsində TUSAŞ-la əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.Daha sonra TUSAŞ nümayəndə heyəti AzTU-da aparılan yenidənqurma işləri ilə tanış olub.

Qonaqlar universitetin laboratoriya və auditoriyalarına da baxış keçiriblər.