AzTU-nun tələbəsi Avropa çempionu olubbackend

Azərbaycan Texniki Universitetinin (AzTU) birinci kurs tələbəsiRaul Qasımzadə Yunanıstanın Afina şəhərində keçirilən uşu-kunqfu üzrə Avropa çempionatınının yeniyetmələr arasında sandayarışlarında 56 kq çəki dərəcəsində ölkəmizi təmsil edib. O, bütünrəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb və Avropaçempionu adını qazanıb.

Qeyd edək ki, Raul Qasımzadə AzTU-nun Energetika vəavtomatika fakültəsinin proseslərin avtomatlaşdırılmasımühəndisliyi ixtisası üzrə təhsil alır.

AzTU-nun rektoru Vilayət Vəliyev Raul Qasımzadəni qəbul edibvə onu qazandığı qələbə münasibətilə təbrik edib. Gələcəkyarışlarda Raul Qasımzadəyə uğurlar arzu edən rektor onu fəxrifərmanla təltif edib.

Raul Qasımzadə göstərdiyi diqqətə görə rektora təşəkkür edib.

Xatırladaq ki, uşu-kunq fu üzrə Avropa çempionatında Azərbaycankomandası 12 qızıl medal qazanıb.