AzTU tələbələrinin ​ “Aselsan Bakı “da təqaüdlü təcrübə proqramı davam edirbackend

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti “Aselsan Bakı“ şirkətində ​ təqaüdlü təcrübə proqramını növbəti dəfə uğurla keçən tələbələrlə görüşüb.

Şirkətdə tələbələrin nəzəri və praktiki bilik-bacarıqlarının inkişafı üçün lazımi şərait yaradılıb.

Tələbələr “Aselsan Bakı“ şirkətində peşəkar mütəxəssislərin dəstəyi ilə elektronika, telekommunikasiya və​ radiotexnika​ mühəndisliyi ixtisasları üzrə praktiki bacarıqlarını inkişaf etdirir,​ ölkənin əmək bazarına ixtisaslı kadr kimi hazırlanırlar.

Qeyd edək ki, hazırda​ AzTU-nun 2 tələbəsi şirkətdə təqaüdlü təcrübə proqramını uğurla davam etdirir.

Şirkətin müraciəti əsasında, universitetin daha​ 5​ tələbəsi​ “Aselsan Bakı“da​ təqaüdlü təcrübə proqramına​ cəlb ediləcək.​