AzTV-də Namiqin başına iş gəldi – VİDEObackend

Meyxanaçı Namiq Qaraçuxurlunun başına iş gəlib.

“Yeni Gundem” Olay-a istinadla xəbər verir ki, sənətçi AzTV-nin əsas Yeni il çəkilişində ifası zamanı çətinliklə üzləşib.

Tamaşaçılardan birinin səhnəyə doğru qar püskürtməsi ifanın dayanmasına səbəb olub. Süni qar Qaraçuxurlunun üz və baş nahiyəsinə, həmçinin, kostyumunun üzərinə tökülüb. Üst-başını təmizləyən Namiqin mahnısı rejissor tərəfindən saxlanılıb və növbəti dubla çəkilib.