Aztv-də tanınmış yazıçıya vəzifə verildibackend

Yazıçı, publisist, media üzrə ekspert Natəvan Dəmirçioğluna yeni vəzifə verildi.

“Yeni Gündəm” xəbər verir ki, xanım yazar Beynəlxalq Radionun direktor müavini təyin edildi.Natəvan Mansurova-Atamoğlanova Azərbaycan Televiziya və Radio Verlişləri Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor, şöbə müdiri kimi fəaliyyət göstərib.

Natəvan xanım ixtisaslı, professional radiojurnalistdir, eyni zamanda tanınmış yazıçıdır. Populyar bədii əsərlərin müəllifi olan nasir kimi ölkəmizdə və onun hüdudlarından kənarda tanınır. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan prezidenti cənab İlham Əliyevin Prezident mükafatına layiq görülüb,“İlin qadın yazarı” elan olunub, filologiya üzrə fəlsəfə doktorudur.

Natəvan xanım dünya azərbaycanlıları arenasında azərbaycan dövlətinin, onun əsas ideologiyası olan azərbaycançılıq məfkurəsinin təbliği, təşviqi işində yaxından iştirak edir.