AzTV-nin rejissoru koronavirusdan vəfat edibbackend

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) rejissoru Arzu Məmmədova (Mövlud) koronavirusdan (COVID-19) vəfat edib.

Bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib.

Arzu Məmmədova Mədəniyyət kanalının “Ədəbi-dram verilişləri” redaksiyasının əməkdaşı olub.

Allah rəhmət eləsin.

APA