AzTV sədrinin avtomobili kobud qəza şəraiti yaratdı – VİDEObackend

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Rövşən Məmmədovun xidməti avtomobili yol qaydalarını kobud şəkildə pozub.

Rövşən Məmmədovun xidmətində olan 99-AA-400 dövlət nömrə nişanlı “Toyota Land Crusier” markalı avtomobil hava limanı yolunda sürət həddini aşaraq, qəza şəraiti yaradıb.

Avtomobil maksimal sürət həddi 110 nəzərdə tutulmuş yolda 160 ilə idarə olunarkən, yolda hərəkət edən başqa sürücü tərəfindən görüntülənib.