Azyaşlı qardaşlar siçan dərmanını “jelibon” bilərək yeyib öldülər – Bakıda DƏHŞƏTbackend

Bakıda dəhşətli hadisə baş verib.

“Yeni Gundem” manset.az-a istinadən xəbər verir ki, Bakının Ramana qəsəbəsində azyaşlı iki qardaş siçan dərmanı yeyərək vəfat ediblər. Hadisə baş verən evin qonşuları saytımıza bildirib ki, 5 yaşlı şərti adı E.Ə və 3 yaşlı şərti adı O.Ə olan uşaqlar səhvən siçan dərmanını “Jelibon” bilərək yeyiblər. Sonra hər iki qardaş birdən yerə yıxılaraq vəfat ediblər.

Şahidlərin sözlərinə görə, ailənin iki uşaqdan başqa övladları olmayıb. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş.

Bildirək ki, həmin dərmanın daxili orqanları dağıtmaq xüsusiyyəti var.