Azyaşlı qızlara liftdə cinsi orqanını göstərən MANYAK GÖRÜN KİM İMİŞ – Kameralara düşdübackend

Bir həftə idi ki, Novosibirsk polisi 14 yaşlı qıza qarşı təcavüzdə ittiham olunan şəxsin axtarışını həyata keçirib.

“Yeni Gündəm” kp.ru-ya istinadən xəbər verir ki, məktəbli qız valideynlərinə şikayət edib ki, liftdə tanımadığı şəxs onun qarşısında çılpaq qalıb və cinsi orqanını nümayiş etdirib. Qızın valideynləri də polisə müraciət edib, daha sonra sosial şəbəkələrdə manyakla bağlı xəbərlər yayıblar. Şəxsin hərəkətləri kameraya da düşüb. “Bizim ərazidə bir manyak var. Azyaşlı qızlara qarşı belə hərəkətlər edir”, – deyə insanlar sosial şəbəkələrdə yazıblar.

Hüquq-mühafizə orqanları videogörüntülər əsasında onu saxlamağa nail olublar. Şübhəli şəxs 40 yaşlı Zaeltsovski rayon sakinidir. Əgər onun günahı sübuta yetirilərsə, 3 ildən 8 ilə qədər həbs oluna bilər.