“Azza” cərimələndibackend

“Azza”ya cərimə protokolu yazılıb.

“Yeni Gündəm”-in məlumatına görə, şirkət barəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Vüsal Qurbanovun icraatına verilib.

Məhkəmə iclası iyunun 14-nə təyin edilib.

Qeyd: “Azza” 10 ildən artıqdır ki, ölkə ərazisində fəaliyyət göstərir. Bir çox mağazalara sahib olan şirkət tort, şirniyyat və digər məhsulların satışını həyata keçirir.Pravda.az