Badamdarda yenidən sürüşmə baş verdi, yol bağlandıbackend

Səbail rayonun Badamdar qəsəbəsində sürüşmə hadisəsi qeydə alınıb.

“Yeni Gündem” xəbər verir ki,bu barədə  danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hazırda hadisə yerindədir:

“Bu gün səhər saatlarında təxminən 70-80 metr enində olan kütlə asvalt örtüyü istiqamətində öz vəziyyətini dəyişib və 20-ci sahəyə gedən yolu tamamilə qapayıb. Kütlə restoran və iaşə obyektinin yanında dayanıb. Hazırda proses davam edir, gərginlik qalır”.

Ə.Qaralov bildirib ki, yol tamamilə bağlanıb, nəqliyyat vasitələrinin gediş-gəlişi mümkünsüzdür:

“Bir il əvvəl baş verən sürüşmə yenidən aktivləşib. Hələlik ilkin baxış keçiririk. Daha sonra ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, sözügedən ərazidə sonuncu sürüşmə 2018-ci ildə qeydə alınıb.