Bağlanan banklardakı əmanətlərin qaytarılması ilə bağlı — MÜHÜM AÇIQLAMAbackend

İlkin olaraq “Atabank” ASC və “Amrahbank” ASC-də əmanətlərin qaytarılma prosesinə agent bank olan “KapitalBank” vasitəsilə 1 iyundan başlanıldı”.

“Yeni Gündəm” oxu.az-a istinadən xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun yeni təyin olunmuş icraçı direktoru Tural Piriyev keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, banklarda 30 min manata qədər olan vəsaitlərin kompensasiyası 1 iyun, 30 min manatdan yuxarı olanlar isə 1 iyuldan başlayaraq ödəniləcək

“AGBank” ASC və “NBCBank” ASC-də əmanətlərin qaytarılması prosesində agent bank kimi “Beynəlxalq Bank” seçilib. İyuldan əmanətlər veriləcək. Burada 680 milyon manat sığortalanıb.

Hesabalamalar tam başa çatdıqdan sonra bu rəqəm bir faiz dəyişə bilər”.