Bağlanmış 14 bankın 11 milyon manatdan çox vergi borcu var – SİYAHIbackend
2011-2020-ci illərdə Azərbaycanda lisenziyası ləğv olunmuş 14 bankın 11,2 milyon manat vergi borcu var.
Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Borcu ən çox olan bank 2016-cı ildə bağlanmış “Texnika Bank” ASC (5,3 milyon manat), ən az olan bank isə 2012-ci ildə bağlanmış “Royal Bank” ASC-dir (2,9 min manat).