Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidirbackend

“Bakcell” növbəti dəfə Azərbaycanın “Ən sürətli mobil şəbəkəsi”* kimi tanınıb. Bu mükafat mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideri olan “Ookla®” şirkətinin müstəqil təhlili nəticəsində verilib.

Mükafat dövründə “Ookla®” Azərbaycanda ən sürətli mobil şəbəkəni müəyyən etmək üçün 2022-ci ilin I və II rübü ərzində ölkənin mobil rabitə istifadəçiləri tərəfindən “Speedtest®” “iOS” və “Android” mobil tətbiqetmələri vasitəsilə keçirilmiş 71 mindən çox testi müqayisə edib. Nəticədə “Bakcell”in mobil şəbəkəsi bu ilin I və II rübü üzrə ən yüksək yükləmə (download) və ötürmə (upload) sürəti nümayiş etdirib.
“Ookla tərəfindən təqdim edilən “Speedtest mükafatı” müstəsna internet sürəti və əhatə dairəsini təmin edən seçilmiş şəbəkə operatorları üçün nəzərdə tutulub. “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” mükafatını “Bakcell” şirkətinə böyük məmnuniyyətlə təqdim edirik. Bu mükafat şirkətin 2022-ci ilin I və II rübləri ərzində göstərdiyi misilsiz nəticələrin təsdiqidir. Nəticələr abunəçilər tərəfindən “Speedtest” proqramı vasitəsilə edilən sınaqların ətraflı təhlili vasitəsilə əldə olunub”, – deyə “Ookla” şirkətinin baş icraçı direktoru Doug Suttles bildirib.
Qeyd edək ki, “Ookla” şirkəti 2018, 2019-cu və 2021-ci ildə “Bakcell” şəbəkəsini Azərbaycanın “Ən sürətli mobil şəbəkəsi” adlandırıb.
“Bakcell” Azərbaycanda “eSIM” və “VoLTE” texnologiyalarını tətbiq edən ilk mobil operatordur.
“Ookla®” mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideridir. “Ookla”nın aparıcı şəbəkə sınaqları platforması olan “Speedtest®” proqramı hər gün bütün dünyanın şəbəkələrin fəaliyyəti və keyfiyyətinə dair milyonlarla ölçmələrin nəticələrini emal edir.
Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bu gün “Bakcell” şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99,9 faizini, ölkə ərazisinin isə 92,6 faizini əhatələyir.
“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, “www.bakcell.com” internet səhifəsinə daxil olun və ya “555”ə zəng edin.
Press-relizlərlə tanış olmaq üçün “www.bakcell.com/az/news” səhifəsinə daxil olun.