“Bakcell”in işçisi 180 nəfərin iştirakı ilə qanunsuz toy etdi – VİDEObackend

Ölkədəki karantin qaydalarının tələblərinin kobud şəkildə pozulduğu daha bir toy mərasimi keçirilib. Bu dəfəki kobud qanun pozuntusunu ölkənin tanınmış mobil operatoru olan “Bakcell”in rəhbərliyində təmsil olunan şəxslər edib.

“Yeni Gündəm” xəbər verir ki, saytının əldə etdiyi məlumata görə, toyda 180 nəfər iştirak edib. Toyun yiyəsi “Bakcell”in pərakəndə satış şöbəsində işləyən Vəfa Abdullayeva olub. O, qızı Növrəstə Muradlıya toy edib.

Təzə bəyin də “Bakcell” korparativ şöbəsinin əməkdaşı olduğu bildirilir. Məclis Nardarandakı “Sebay” adlı restoranda keçirilib. Toyda iştirak edənlər sırasında şirkətin pərakəndə satış şöbəsinin müdiri Elnur Sultanov da olub. Toyda iştirak edən hər bir şəxsə məclisin yuxarıların icazəsilə baş tutduğu deyilib. Görəsən ” Bakcell”ə bu icazəni kim verib? Toydan çəkilən videolar və fotoları təqdim edirik:

Qeyd edək ki, Baksell şirkətinin satış və korporativ şöbələrinin ümumi rəhbəri Zaur Bayramovdur. Boyukmillet.com