Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk sürətlisərnişin qatarı yola düşdübackend

Bu gün saat 08:25-də saat 08;45-də BakıDəmiryol Vağzalından Bakı-Ağstafa-Bakıistiqaməti üzrə ilk sürətli sərnişin qatarları yoladüşüb. Bu gün daha bir qatar saat 17:00-da Bakıdan Ağstafaya yola düşəcək. Qatarın yoldaolma müddəti 4 saat 55 dəqiqədir.

Məlumat üçün bildirək ki, 459 km uzunluğundaolan Bakı-Ağstafa-Bakı marşrutu üzrə İsveçrənin“Stadler Rail Group” şirkətinin istehsalı olan dördvaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkətedir. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.

ADY Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq, Bakı-Ağstafa marşrutu üzrə 19 və 20 mart tarixlərinə əlavə 1 reys də təyin edib.

19 və 20 mart tarixlərində sərnişin qatarı hər gün saat 08:25 və 08:45-də Bakıdan Ağstafaya yola düşəcək.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 AZN, Bakı-Tovuz istiqaməti üçün isə 16 AZN təşkil edir. Biletləri Dəmiryol Vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.