Bakı Avropa Liseyinin şagirdləri Qələbəmizi belə qeyd etdilər – VİDEObackend

Zəfər Müharibəsində əldə etdiyimiz parlaq qələbə heç də asan başa gəlməmişdir. Bu yolda minlərlə igidimiz şəhid olmuşdur. Müdafiə Nazirliyinin rəsmi açıqlamasına əsasən II Qarabağ döyüşlərində 2783 Azərbaycan qəhrəmanı şəhid olub.

Uzun illərdir erməni terrorçularının işğalı altında olan torpaqlarımızın azad olunması balaca fidanlarımızı da sevindirib.

Bakı Avropa Liseyinin 3a3 sinif şagirdləri sinif rəhbəri Günay Baxşiyevanın təşkilatçılığı ilə Azərbaycan Ordusunun Qarabağdakı qələbəsinə aid videoçarx hazırlayıblar.

“Yeni Gündəm”-in məlumatına görə, balaca fidanlar şeir parçaları ilə əsgərlər təşəkkürlərini bildirməklə yanaşı, dahi öndər Heydər Əliyevin məzarı önünə əkli qoyaraq “Ruhun şad olsun Heydər baba” deyib, “Qarabağ azaddır!”, “Qarabağ  bizimdir!” deyə dünyaya səsləniblər.