Bakı bayramı necə keçirdi?backend

Dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə Bakıda keçirilən bayram şənliklərində xeyli insan iştirak edib.

“Yeni Gundem” xəbər verir ki, Yeni İl gecəsi yüz minlərlə, bəzi hesablamalara görə isə milyona yaxın insan Bakı şəhərinin mərkəzinə toplaşıb.

Əvvəlki illərdən fərqli olaraq builki şənliklərdə paytaxtda daha çox qonaq qeydə alınıb. İnsanlar Bakıda yeni ili keçirmək üçün Azərbaycanın müxtəlif rayonlarından, eləcə də bir çox xarici ölkələrdən gəliblər.

Ölkə başçısının tapşırıqlarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri bayrama bir neçə həftə qalmış hazırlıq işlərinə başlayıb. Paytaxtın bütün park və meydanları, Dənizkənarı Milli Bulvar, əsas magistral yol və prospektlər, yol kənarları bayramsayağı bəzədilib.

Bayram günü Dənizkənarı Milli Parkın ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş atəşfəşanlığa xeyli sakin və qonaqlar qatılıb.

Şəhərin kommunal-təsərrüfat xidmətlətinin işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, nəqliyyatçılar və bir sıra xıdmət sahələrinin işçiləri gücləndirilmiş reimdə çalışıblar.

Bütün gecəni xüsusi reimdə çalışan kommunal-təsərrüfat sahələri işçilərinin əməyi nəticəsində artıq yanvarın 1-i saat 06-00-da şəhərin park, meydan və küçələrində tam təmizlik hökm sürüb.

Prezident İlham Əliyevin paytaxtın kommunal-təsərrüfatınin maddi texniki bazasının gücləndirilməsinə dair tapşırıqları və Birinci Vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdəki tövsiyələrinə uyğun olaraq tələb olunan yeni xüsusi təyinatlı avtonəqliyyat vasitələri və texnika alınır, xidmətlər lazımi avadanlıqlarla təmin edilir, şəhərdə kommunal sahədə tətbiq edilən islahatlar isə öz bəhrəsini verərək bir milyona yaxın insanın iştirak etdiyi yeni il şənliklərindən sonra qısa müddətdə şəhərdə sanitar-təmizliyin yaradılmasını təmin edib.