“Bakı Bəyannaməsi kiməsə qarşı deyilbackend

“Azərbaycanın Vətən müharibəsində Türkiyə və Pakistanın Azərbaycanın yanında yer alması bir başlanğıc deyil, nəticə idi”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri deyib ki, Bakı Bəyannaməsi ilə üç ölkənin parlamentlər səviyyəsində üçlü format yaratması da kiməsə qarşı deyil: “21-ci əsrdə yeni paradiqmalar ortaya çıxacaq. İkinci Dünya Müharibəsindən sonra yaradılan BMT dünyada nizamı təmin edə, müharibə və münaqişələrə son qoya bilmədi.

Avropanın ortasında, Bosniya və Hersoqovinada yaşanan qətliam bunun bariz nümunəsidir. BMT sülhməramlıları qismində çıxış edən Hollandiya əsgərləri dinc insanları soyqırıma tərk etdi. Xarici işlər nazirləri, hazırda parlament sədrləri səviyyəsində yaradılan üçlü format daha sonra Azərbaycan, Türkiyə və Pakistan dövlət başçıları arasında da yaradıla bilər. Ona görə də bizim addımımız bir ölkəyə qarşı deyil, 21-ci əsrində paradiqmaları ilə bağlıdır”.