Bakı əhalisinin sayı açıqlandıbackend

Bakı şəhər Statistika İdarəsi paytaxt əhalisinin 2021-ci ilin əvvəlində qeydə alınan sayını açıqlayıb.

“Yeni Gündəm” -in Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, cari ilin əvvəlinə Bakı əhalisinin sayı 2 300,5 min nəfər təşkil edib. Bu, illik ifadədə 7,5 min nəfər və ya 0,3% çoxdur.

Xaçmazda adı “Qırmızı kitab”a düşən Qafqaz şahinini tutan şəxslər saxlanılıb

Ermənistanın təcavüzü nəticəsində dəyən ziyanın qiymətləndirilməsi üzrə Dövlət Komissiyasının iclası keçirilib

Sumqayıtda minik avtomobili yanıb

Əhalinin sıxlığına gəldikdə, ilin əvvəlində paytaxtın 1 kv. km ərazisinə 1 075 nəfər düşüb.

Qeyd edək ki, proqnozlara görə, 2040-cı ildə paytaxt əhalisinin sayı 3,17 mln. nəfərə çatacağı gözlənilir.

Xatırladaq ki, ərazisi 2,14 min kv. km təşkil edən Bakı şəhərinin 12 rayonu və 59 qəsəbəsi mövcuddur.