Bakı-Gəncə sürət qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? – RƏSMİ AÇIQLAMAbackend

“Azərbaycan Dəmir Yolları” QSC-də ölkədaxili sərnişindaşıma xidməti, eləcə də Bakı-Gəncə-Bakı sürət qatarının iş fəaliyyəti təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən “Yeni Gündəm”-in sorğusuna cavab olaraq bildirilib ki, sərnişinlərin qatarlarda gediş-gəlişinin necə təşkil olunacağı ilə bağlı qaydalar üzərində də iş gedir. Təmir işləri tamamlanacağı vaxt dəqiq məlum deyil, ona görə də işlər tamamlananda ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.

Məlumata əsasən, yaşı 18-dən aşağı şəxslər istisna olmaqla, bütün sərnişinlərdən qatarlardan istifadə üçün COVID-19 vaksin sertifikatı və ya immunitet sertifikatı tələb ediləcək. Qatarlarda COVİD-19 pasportunun verifikasiyası xüsusi mobil tətbiqetmə vasitəsi ilə həyata keçiriləcək.