Bakı Hava Limanında kran aşdı, bir nəfər öldübackend

Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

TƏBİB-dən verilən məlumata görə, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.

Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb.