“Bakı ilə İrəvan arasında sülhdən danışmaq tezdir”backend

“Bakı ilə İrəvan arasında sülhdən danışmaq tezdir”

 

Danışıqlar prosesində hələ ki, “tanış formatlar” formalaşmayıb. Rəsmi İrəvanın fikrincə, təmasların istənilən beynəlmiləlləşdirilməsi proses üçün faydalıdır, xüsusən ona görə ki, bu formatda görüşlər nə Ermənistan, nə də Azərbaycan tərəfinin etirazına səbəb olmadan artıq keçirilib.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri erməni politoloqu, Qafqaz İnstitutunun (İrəvan) direktoru Aleksandr İskəndəryan Caliber-ə müsahibəsi zamanı deyib.

Erməni politoloq Azərbaycan və Ermənistan arasında sülhün imzalanmasındanda danışıb.

“Düşünmürəm ki, tərəflər sazişi imzalamağa yaxındırlar. Sənədin məzmunu ilə bağlı tərəflərin mövqeləri o qədər fərqlidir ki, onun yaxın həftələrdə, hətta aylarda imzalanacağını təsəvvür etmək mənim üçün kifayət qədər çətindir.”-o sülh haqqında fikirlərini bildirib.

Fərahim Rəhimov