Bakı məktəblərində ənənəvi jurnallar ləğv olunacaqbackend

Bakıda ötən tədris ilində 94 məktəbdə elektron jurnal tətbiq olunmuşdu. Yeni tədris ilində isə Bakının 215 məktəbində elektron jurnal və elektron gündəlikdən istifadə olunacaq.

“Yeni Gündəm”-in məlumatına görə, bunu “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, müəyyən məktəblərdə ənənəvi jurnallar ləğv olunacaq, bəzi məktəblərdə isə paralel olaraq müvəqqəti olaraq həm elektron, həm də ənənəvi jurnal olacaq.

İdarə müdiri eyni zamanda, deyib ki, Bakı məktəblərində şagird sıxlığı mövcuddur: “Bu əsasən, demoqrafik hərəkətlə bağlıdır. Şagird sıxlığı daha çox Bakının Qaradağ, Xəzər, Pirallahı və Sabunçu rayonlarında qeydə alınır. Sıxlıq problemini həll etmək üçün dərsləri növbəli şəkildə keçiririk”.