Bakı metrosu hazır vəziyyətdədir – Sentyabrın 15-dən açılır?backend

“Metro hər an hazırlıqlı vəziyyətdədir. Ani qərar verilsə belə, qısa müddət ərzində metro tam hazırlıqlı qaydada fəaliyyətini davam etdirəcək”.

Bu sözləri açıqlamasında “Bakı Metropolite” QSC-nin Mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, metronun açılması ilə bağlı hələ ki, heç bir məlumat yoxdur:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən brifinqində Prezidentin köməkçisi Hikmət Hacıyev metronun sentyabrın 15-nə qədər açılması məsələsinin müzakirə olunduğunu bildirmişdi. Bizdə bununla bağlı heç bir məlumat yoxdur. Biz həmişə Nazirlər Kabineti ilə ünsiyyətdə oluruq, gedişat haqqında məlumat veririk, müzakirələr aparırıq. Lakin sentyabrın 15-nə qədər metronun açılması ilə bağlı bizə heç bir informasiya verilməyib”.

Qurum rəsmisi bildirib ki,”Bakı Metropoliteni” QSC fəaliyyətinə davam etmək üçün hər an hazırlıqlı vəziyyətdədir:

“Anidən qərar verilsə belə, qısa müddət ərzində metro tam hazırlıqlı qaydada fəaliyyətini davam etdirəcək. Bu, bizə infastrukturu hazır vəziyyət saxlamağımız üçün lazımdır. Yəni, Bakının ağır hirdogeologiyası, bizim texnoloji prosseslərimiz olduğuna görə, metro iyulun 4-dən; metro bağlandığı gündən hazır vəziyyətdə saxlanılır. Nazirlər Kabinetinin karantin tələbləri, göstərişləri ilə bağlı verdiyi bütün qərarlara uyğun, gündəlik olaraq metropolitenin hazırlığı xüsusi nəzarət altındadır”.