Bakı metrosunda oğurluq olubbackend
Bakı metrosunda oğurluq olub.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yanvarın 22-də saat 18 radələrində metronun Sahil stansiyasında qatarda bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alan şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həmidov olması, bir gün əvvəl metronun Koroğlu stansiyasında qatarda başqa bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilib./Report
Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.