Bakı metrosunda qatarların gecikmə səbəbi AÇIQLANDI – YENİLƏNİBbackend

28 may stansiyasında texniki nasazlıq səbəbi ilə yoldəyişdirici qurğular əl ilə idarə olunduğundan qatarların hərəkətində müəyyən yuvanmalar müşahidə olunur.

Bu barədə “Yeni Gundem”-ə açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Verilən məlumata görə, buna səbəb 28 may metro stansiyasında texniki nasazlıq olub. Yoldəyişdirici qurğular əl ilə idarə olunduğundan qatarların hərəkətində müəyyən gecikmələr müşahidə olunur .

Hal hazırda qırmızı və yaşıl xətt üzrə hərəkət edən qatarlar arasında intervaldan əlavə olaraq 12 dəqiqəlik yuvanma var. Hazırda problemin həlli istiqamətində tədbirlər görülür.

Bu səbəbdən intervaldan əlavə olaraq 12 dəqiqə fərq yaranıb.

20:58

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Yeni Gündəm ə verdiyi daha bir açıqlamasında isə ,texniki nasazlığın tam aradan götürüldüyünü,.hal hazırda hər iki xətt üzərində intervalların tənzimlənməsi üzrə operativ işlərin görüldüyünü qeyd edib .

Fərahim RƏHİMOV

Yenigundem.az