Bakı metrosunda tüstülənmə: Hərəkət məhdudlaşdırıldı – Bomba iddiasına cavabbackend

“28 May” metro stansiyasının giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik çıxarılıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.

Bildirilir ki, bu səbəbdən “Həzi Aslanov-28 May” istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub.

Qeyd olunub ki, metroya bomba qoyulması ilə bağlı yayılan iddialar əsassızdır.