Bakı-Qəbələ-Bakı marşrutu üzrə ilk sürətlisərnişin qatarı yola düşdübackend

Bu gün saat 08:00-da Bakı Dəmiryol VağzalındanBakı-Qəbələ-Bakı marşrutu üzrə ilk sürətli sərnişinqatarı yola düşüb.

Qeyd edək ki, 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrəninStadlerRail Groupşirkətinin istehsalı olan dördvaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edir. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.

Xatırladaq ki, Qəbələ Dəmiryol Vağzalı Ləkistansiyası-Qəbələ birxətli dəmir yolunun açılışıölkə başçısı Prezident İlham Əliyev Birincivitse-prezident Mehriban xanım Əliyevanın iştirakıilə 2021-ci ilin may ayının 15-də baş tutub.

Hərəkət cədvəlinə gəlincə qatar həftə sonlarıolmaqla hər şənbə günü saat 08:00-da BakıdanQəbələyə yola düşərək saat 11:20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrəisə qatar hər bazar günü saat 19:00-da yoladüşəcək Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq.

Novruz bayramında artan sərnişin tələbatı nəzərəalınaraq, 20, 22, 24 mart tarixlərində Bakı-Qəbələ, 21, 23, 25 mart tarixlərində isə Qəbələ-Bakıistiqamətində reyslərin sayı artırılıb.

Bakı-Qəbələ marşrutu üzrə qatar Bakıdan saat08.00-da yola düşərək mənzil başına saat 11:20-də çatacaq. Qəbələdən Bakıya saat 19:00-da yoladüşən qatar isə saat 22:20-də Bakı DəmiryolVağzalına çatacaq.

Marşrut üzrə bir istiqamətə gediş haqqı standartsinif üçün 14 AZN-dir. Biletləri Bakı DəmiryolVağzalının kassalarından ya ADY-nin rəsmisaytından (https://ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür.

Qeyd edək ki, Qəbələ Dəmiryol Vağzalının ümumisahəsi 2300 kvadrat metr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlikparklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana uşaq otağını özündə birləşdirir