Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət etdibackend

“Sürücülər tərəfindən mütəmadi dayanma -durma qaydaları pozulur”.

“Yeni Gündəm” xəbər verir ki, bunu açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli bildirib.

O qeyd edib ki, bu kimi hallar nəqliyyatın intesivliyini aşağı salır, sıxlıq yaranmasına, hərəkət iştirakçılarının vaxtında mənzil başına çatmamasına və vaxt itkisinə səbəb olur.

Bir çox hallarda avtobus zolaqlarında, piyada keçidlərində və sərnişin daşıma üçün təyin edilmiş dayanacaqlarda nəqliyyat vasitələri park olunur.

Bu da bütün hərəkət iştirakçılarını və Dövlət Yol Polisini narahat edən səbəblərdən biridir.

Bu kimi hallara diqqətli olmağa çağrırıq.Yol hərəkəti qaydalarına əməl etməli, digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olmamalıyıq.

Hər bir hərəkət iştirakçısına uğurlu və təhlükəsiz yol arzu edirik.