Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib – FOTObackend
Noyabrın 14-də Bakı Slavyan Universitetində Azərbaycan ədəbiyyatı kafedrasının professoru Bədirxan Əhmədovun moderatorluğu ilə Şərif Ağayarla görüş keçirilib. Yazıçı, kulis.az saytının redaktoru Şərif Ağayarın hekayələri ilə yanaşı, Azərbaycan ədəbiyyatının aktual məsələlərinin də müzakirə olunduğu görüşdə Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Ədəbiyyat nəzəriyyəsi kafedrasının dosenti Rəna Əyyubova da iştirak edib.
“Yeni Gundem” xəbər verir ki, müzakirənin əsas obyekti Şərif Ağayarın “Şəkil” hekayəsi olub. Bu hekayənin Qarabağ mövzusunda yazılmış əsərlər sırasında qeyri-adi yaradıcılıq üslubu ilə seçildiyi qeyd edilib. Qarabağ müharibəsinin doğurduğu təəssüratların hekayədə yüksək sənətkarlıq texnikası ilə oxuculara çatdırılmasının əsərin əsas uğurlarından biri olduğundan bəhs edilib. Daha sonra yazıçının digər hekayələrindən, bu hekayələrin ideya-bədii xüsusiyyətlərindən də söz açılıb.
Sonda Bədirxan Əhmədov Şərif Ağayara “Türkçülüyün üçlü formulu” kitabını hədiyyə edib, magistrantlarla birlikdə xatirə şəkli çəkilib.