Bakı, Sumqayıt və Abşeronda 90 %-dən çox təhsil işçisi peyvənd olunubbackend

“Aprelin 6-dək qeydə alınan göstəricilərə əsasən, Bakı və Sumqayıt şəhərlərində 9, Abşeron rayonunda 21 ümumi təhsil müəssisəsinin hər birinin pedaqoji və texniki heyəti üzrə 90 %-dən çox əməkdaşının vaksinasiya prosesi yekunlaşdırılıb”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində yazıb.

Nazir paylaşımında Təhsil Nazirliyi adından həmin təhsil müəssisələrinin rəhbərliyinə və kollektivinə təşəkkür edib.