Bakı-Tbilisi-Bakı aviareysi bərpa olundubackend

Bu gündən Azərbaycan və Gürcüstan arasında aviareyslər bərpa olunub

“Yeni Gündəm” xəbər verir ki, Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” saat 07:00-da Bakı-Tbilisi istiqaməti üzrə ilk reysi yerinə yetirib, bir qədər sonra isə Tbilisi-Bakı istiqaməti üzrə reysi yerinə yetirəcək.

Tbilisi vaxtı ilə saat 10:10-da Şota Rustaveli beynəlxalq hava limanından qalxacaq təyyarə saat 11:10-da Bakıya enəcək.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə – çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. Reyslər yalnız bu həftə və gələn həftənin şənbə günləri də həyata keçiriləcək.

Sərnişinlər son 48 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməklə uçuşa buraxılırlar.Report