Bakı-Tbilisi sərnişin qatarının hərəkəti məhdudlaşdırıldı – Biletlər geri qaytarılırbackend

Martın 14-ü saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması ilə əlaqədar Bakı-Tbilisi sərnişin qatarı Böyük Kəsik stansiyasına qədər hərəkət edib, Bakıya qayıdır.

Bu barədə “Yeni Gündem” e “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəlinə, stansiyalara çatma və yola düşmə vaxtlarına dəyişiklik edilməyib.

Qeyd edək ki, Bakı-Tbilisi qatarına alınmış biletlər üçün ödənilən məbləğ “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən bilet sahiblərinə geri qaytarılacaq.