Bakı təmsilçiliyinin əməkdaşı mükafatlandırıldı – FOTOLARbackend

Şimali Kipr Türk Cümhuriyyətinin Milli Təhsil və Mədəniyyət Nazirliyinin nəzdində Kültür Dairəsinin düzənlədiyi “30-cu Dövlət Fotoqraf Yarışması Sərgisi”nin açılış və mükafatlandırılma mərasimi keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, mərasim Lefkoşa Atatürk Kültür Mərkəzində baş tutub. Sərgi oktyabrın 11-dək ziyarət edilə bilinəcək.

Covid-19 tədbirləri çərçivəsində düzənlənən tədbirə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar, Milli təhsil və mədəniyyət naziri Olgun Amcaoğlu, millət vəkilləri və Kültür Dairəsi müdiri Kerim Akpolat, həmçinin nazirlik təmsilçiləri qatılıb.

Açılış nitqi ilə başlayan tədbirdə yarışmada mükafat alan fotoqraflara mükafatlar təqdim edilib.

Qeyd edək ki, sərgidə mükafata layiq görülənlər arasında Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı təmsilçiliyinin əməkdaşı Tevfik Ulual da var. Tevfik Ulual tədbirə qatıla bilmədiyi üçün mükafat onun xanımına təqdim edilib.