Bakı Tikiş Evinin önündə İZDİHAM – FOTObackend
“Yeni Gündəm” BAKU.WS-ə istinadən xəbər verir ki, bu gün Bakı Tikiş Evinin qarşısında insan izdihamı yaşanıb.
Görüntülərdən də aydın olur ki, məktəblərin açılmasına az müddət qalsa da şagirdlərin forma problemi hələ də öz həllini tapmayıb.
Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev qeyd etmişdi ki, məktəbli formaları ilə bağlı hər bir məktəb öz daxilində qərar verməlidir. Bu qərar verilərkən qaydada nəzərdə tutulan məktəbli formalarından istifadə edilməlidir.
“Şagirdlərin vahid və müxtəlif çalarları məktəbli formasına keçməsi müsbət hal olacaq, eyni zamanda məktəb daxilində müəyyən sosial bərabərsizliklərin aradan qaldırılmasına, davranış dəyişikliklərinə də öz təsirini göstərəcək”, – deyə nazir bildirmişdi.