Bakı Zooloji Parkı haradadır? Giriş qiyməti nə qədərdir?backend

Xəbər verdiyimiz kimi, dünən Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub.

“Yeni Gündəm”  xəbər verir ki, açılışda Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.

Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.

Yenidənqurmadan sonra Bakı Zooloji Parkına giriş böyük şəxslər üçün 6 AZN, uşaqlar üçün isə 3 AZN təşkil edəcək.

Bakı Zooloji Parkı Bakı şəhəri Nərimanov rayonu, Bakıxanov küçəsi 29-da yerləşir.

Qeyd edək ki, oktyabrın 10-dan Zooloji Parkın ziyartəçilərin üzünə açılacağı gözlənilir.

Azxeber.com