SkyscraperCity Azerbaijan” Bakı zooparkının rekonstruksiya işlərinin başa çatmasından sonra necə görünəcəyi ilə bağlı fotolar paylaşıb.
“Yeni Gündəm”in məlumatına görə, park ərazisində veterinar klinika yerləşəcək, bütün heyvan, quş və balıqlar isə Avropa Zooparklar və Akvariumlar Assosiasiyasının (EAZA) standartlarına uyğun şəraitdə saxlanılacaq.
Zooparkın ümumi ərazisi iki hektar böyüdüləcək və 2,25-dən 4,25-ə çatdırlacaq. Balaca uşaqlar üçün zooparkın ərazisində ev heyvanlarının saxlanıldığı guşə (pet farm) və “Kəpənəklər evi” olacaq. Bundan əlavə, zooparkda həm balıq, həm də amfibiyalar üçün böyük akvaterrarium salınacaq.
Qeyd edək ki, “ArchiCo” şirkəti tərəfindən həyata keçirilən yenidənqurma layihəsinə 2018-ci ildə “IDEA” İctimai Birliyinin dəstəyi ilə başlanılıb. Zooparkın yenidən qurulmasının təşəbbüskarı “IDEA” İctimai Birliyinin təsiçisi və rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.