Bakıda 1 dəqiqəlik sükut olacaqbackend

Hər il olduğu kimi, bu il də Bakı metrosunda 20 Yanvar faciəsinin qurbanları anılacaq.

“Yeni Gündem”in məlumatına görə, metronun “20 Yanvar” metrostansiyasının platformasına qərənfil çələngləri düzülüb. Saat 12:00 radələrində qatarlardan fit səsinin müşayiəti ilə bir dəqiqəlik sükut anını metropolitençilər də ictimaiyyətlə birlikdə qeyd edəcək.