Bakıda 17 yaşlı qız binadan yıxılıb öldübackend

Bakıda 17 yaşlı qız çoxmərtəbəli binadan yıxılaraq ölüb.

“Yeni Gündəm”-in məlumatına görə, Yasamal rayonu, Həsən Məcidov küçəsində yerləşən binada yaşayan 2005-ci il təvəllüdlü A.Salahova yaşadığı mənzilin eyvanından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

İlkin məlumata görə, A.Salahova epilepsiya xəstəsi olub.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo